EN

Trampın arzuladığı 2025-ci il Nobel Sülh Mükafatının sahibi bəlli olub

Bu il Nobel Sülh Mükafatının sahibi Mariya Korina Maçadoya olub.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, Maçado Venesuelanın aparıcı müxalifətçisi, Demokratik Birlik Platformasının rəhbəridir.

Nobel Komitəsinin bəyanatında deyilir ki, o, bu mükafata “Venesuela xalqının demokratik hüquqlarının yorulmaz müdafiəsinə, yorulmaz mübarizəsinə, diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçidi təmin etmək səylərinə görə” layiq görülüb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Nobel sülh mükafatına iddialı idi. Onun ətrafının hətta bu istiqamətdə Nobel Komitəsi və Norveç hökumətinə təzyiq göstərdiyi də bildirilirdi.

İlahə QənbərliMissiya.Az

Chosen
28
missiya.az

1Sources