Hurriyyet.az xəbər verir ki, İsrail öz hərbçilərini Qəzzadan çıxarmağa başlayıb.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, cümə gününə keçən gecə SAXAL öz qüvvələrini Qəzza bölgəsindən Fələstinin HƏMAS hərəkatı ilə razılaşma əsasında müəyyənləşdirilmiş xəttə doğru aparıb. Bu gün günorta saatlarına qədər İsrail öz qüvvələrini razılaşdırılmış xəttə qədər geri çəkəcək. "Qaley SAXAL" radiostansiyasının məlumatına görə, həmin vaxtdan etibarən HƏMAS-ın girovları qaytarması üçün razılaşdırılmış 72 saatlıq möhlət zamanı başlanacaq.
Hürr Tərcüman