EN

Rusiya səfirliyinin əməkdaşları “Sputnik Azərbaycan”ın icraçı direktoruna baş çəkib

Rusiyanın Bakıdakı səfirliyinin nümayəndələri bu günlərdə ev dustaqlığına buraxılmış jurnalist İqor Kartavıxa baş çəkiblər.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya diplomatları bütün bu müddət ərzində Kartavıxla əlaqə saxlayıb, Azərbaycan tərəfinin əməkdaşlığı ilə onun səhhətini nəzərə alaraq lazımi köməklik göstəriblər.

Qeyd edək ki, Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, bununla bağlı qərar Düşənbədə Rusiya və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində qəbul edilib.

Xatırladaq ki, “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov Daxili İşlər Nazirliyinin (DİN) 30 iyun 2025-ci il tarixdə “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Chosen
30
4
apa.az

10Sources