EN

Xocalının Təzəbinə və Ballıca kəndlərinə növbəti köç karvanı yola salınıb

İşğaldan azad olunmuş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam etdirilir.

Operativ Media xəbər verir ki, oktyabrın 10-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Təzəbinə və Ballıca kəndlərinə yola salınıb.

Məlumata görə, bu mərhələdə Ballıca kəndinə 15 ailə - 53 nəfər, Təzəbinə kəndi isə 28 ailə - 126 nəfər köçürülür.

Chosen
66
operativmedia.az

1Sources