Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin başçılarını Sankt-Peterburqda keçiriləcək illik qeyri-rəsmi sammitə dəvət edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə o, Düşənbədə keçirilən MDB sammitində çıxışında bildirib.
Putin dövlət başçılarını ənənəvi olaraq hər ilin sonunda Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammitinə dəvət edib.