EN

Tolerantlığın ünvanı Azərbaycan

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-da “İnkişaf üçün yolların qurulması: Dini etiqad azadlığının regional, milli və beynəlxalq mühafizəsi” mövzusunda keçirilən 32-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda çıxış edib.

Azərbaycanda dini etiqad azadlığı, multikulturalizmin təşviqində cəmiyyətin rolu və dövlət siyasətinin qarşılıqlı əlaqəsi barədə danışan komitə sədri vurğulayıb ki, ölkəmizdə din dövlətdən ayrıdır, bütün dini icmalara hörmət və həssaslıq nümayiş etdirilir. Bu yanaşma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı siyasət və təşəbbüslərdə, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və inşası da daxil olmaqla, dini ibadət yerlərinə göstərilən dövlət dəstəyində təzahür edir.

Ramin Məmmədov qeyd edib ki, Qarabağda ciddi zərər görmüş dini abidələrimiz üçün yeni mədəni və mənəvi dirçəliş dövrü başlanıb. Bərpa işləri yalnız İslam irsinin deyil, eyni zamanda regionun zəngin və çoxşaxəli tarixi irsini əks etdirən xristian abidələrinin də qorunub saxlanmasına xidmət edir.

İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki, Azərbaycan müsəlman Şərqində dünyəvi hüquq sistemini qəbul edən və fərqli din, məzhəblərə mənsub şəxslərə bərabər imkanlar yaradan ilk ölkədir - müsəlmanlar, xristianlar və yəhudilər sülh, qarşılıqlı hörmət şəraitində birgə yaşayırlar.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
xalqqazeti.az

2Sources