EN

İctimai təşəbbüslərin dəstəklənməsi üzrə qrant müsabiqəsi elan edilir

Bakı, 10 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” üzrə qrant müsabiqəsi elan edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qrant müsabiqəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulur.

Müsabiqəyə təqdim olunacaq layihə təklifləri oktyabrın 27-dək [email protected]  elektron poçtu vasitəsilə qəbul ediləcək.

 

Chosen
22
12
azertag.az

10Sources