EN

Yamal 18 yaşında görün nə qədər qazanır: Ronaldodan 250 və Messidən 200 dəfə çox

“Barselona”nın vigneri Lamin Yamalın qazancı futbol dünyasında geniş rezonans doğurub.

Publika.az xəbər verir ki, 18 yaşlı futbolçu həftəlik 300 min avro maaş alır ki, bu da müasir futbolun əsas əfsanələri hesab edilən Lionel Messinin və Kriştiano Ronaldonun karyeralarının başlanğıcındakı gəlirlərindən xeyli çoxdur.

Ronaldo 18 yaşında “Mançester Yunayted”də həftəlik cəmi 1200 avro qazanırdı. Messi isə eyni dövrdə “Barselona”da təxminən 1500 avro maaş alıb. Yamal isə həftəlik 300 min avro qazanır.

Bu müqayisə son 20 ildə futbol bazarının nə qədər dəyişdiyini aydın göstərir. Gənc ulduzların maaşları sürətlə artır, klublar isə gələcəyin liderlərini saxlamaq üçün böyük məbləğlər ödəməyə hazırdır.

Yamal artıq Hansi Flikin komandasında əsas oyunçulardan birinə çevrilib və “Barselona”nın yeni dövrünün simvolu sayılır. Onun qazancı da bunun təsdiqidir.

Chosen
12
publika.az

1Sources