Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis ediləcək.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin oktyabrın 10-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.