EN

KİV: CAR Rusiya dronlarında yerli istehsal avadanlığın aşkarlanmasını araşdırır

Cənubi Afrika Respublikası hökuməti ölkədə istehsal olunan elektron avadanlığın Ukraynaya qarşı hücumlarda istifadə olunan Rusiya pilotsuz uçuş aparatlarına necə düşdüyünü araşdırır.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, söhbət “Lightware Optoelectronics Ltd.” şirkətinin istehsalı olan lazer məsafəölçənindən gedir. Şirkətin bildirdiyinə görə, bu avadanlıq hərbi istifadə üçün nəzərdə tutulmayıb.

Chosen
9
2
apa.az

3Sources