EN

ING 2027-ci ilə qədər qiymətli metalların qiymətləri ilə bağlı proqnozlarını verib

Bakı. Trend:

Niderlandın ING bank qrupu qızıl, gümüş, alüminium və sinkqiymətləri ilə bağlı yenilənmiş proqnozlarını ictimailəşdirib.

Trend xəbər verirki, analitiklərin hesablamalarına görə, 2025-ci ildə qızılın ortaillik qiyməti bir unsiya üçün 3128 ABŞ dolları, gümüşün - 39dollar, alüminiumun - bir ton üçün 2615 dollar, sinkin isə qiymətibir ton üçün - 2 840 dollar səviyyəsində olacaq.

Proqnoza əsasən, 2026-cı ildə qızılın orta illik qiyməti birunsiya üçün 4150 ABŞ dollarına, gümüşün - 49,75 dollar, alüminiumun- bir ton üçün 2 738 dollar, sinkin isə - 2938 dollar səviyyəsinəçatacaq.

Xüsusilə qeyd olunur ki, cari ilin üçüncü rübündə qızılınqiymətinin bir unsiya üçün 3400 ABŞ dolları, dördüncü rübdə isə4000 ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır.

Gümüşün qiymətinə gəlincə, 2025-ci ilin üçüncü rübündə birunsiya üçün 38 dollar, dördüncü rübündə isə 49 dollar səviyyəsindəolacağı gözlənilir. Alüminiumun qiymətinin cari ilin üçüncü rübündəbir ton üçün 2600 dollar, dördüncü rübdə isə 2 750 dollar olacağıproqnozlaşdırılır. Sinkin qiymətinin isə üçüncü rübdə bir ton üçün2 780 dollar, dördüncü rübdə isə 3 000 dollar səviyyəsində olacağıbildirilir.

Məqalədə:
Chosen
8
az.trend.az

1Sources