EN

Konstitusiyanın 30 illiyi ilə əlaqədar yubiley medalı təsis edilir - Bu şəxslərə veriləcək

Bakı. Trend:

Konstitusiyanın 30 illiyi (1995-2025) ilə əlaqədar yubileymedalı təsis ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Azərbaycan Respublikasının orden və medallarınıntəsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Bildirilib ki, yubiley medalı ilə Konstitusiyasınınhazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilikvə hüquq sisteminin inkişafına, Konstitusiyasının aliliyinin təminedilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə,Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq vəazadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərinformalaşdırılması və inkişafına töhfələr verən, habelə Azərbaycandövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltifediləcəklər.

Yubiley medalı ilə yuxarıda qeyd olunan şəxslər müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindəntəltif ediləcəklər.

Chosen
16
5
az.trend.az

8Sources