EN

Sinfimiz bağlanıb, başqa məktəb də uzaqdır deyə gedə bilmirik Yardımlı sakinlərinin şikayətinə RƏSMİ CAVAB

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yardımlı rayonu Şıxlar kənd Mehman Zamanov adına ümumtəhsil məktəbində X sinfin bağlanması şagirdlərin narazılığına səbəb olub.

Bu barədə Oxu.Az-a sözügedən məktəbin şagirdləri şikayət ünvanlayıblar.

Onlar bildiriblər ki, hazırda təhsillərini davam etdirmələri üçün qonşu kəndin məktəbinə göndərirlər, lakin ora yaşadıqları ərazidən çox uzaqdır deyə gedə bilmirlər:

"Biz X sinifdə oxuyuruq. Sinfimizdə 4 şagirdik. Bir şagird də Gölyeri kəndindən gələcəkdi, lakin onun valideyni qeydiyyat vaxtını gecikdirdiyi üçün sistemdə 4 şagird olaraq qaldıq, beləliklə bizim sinif bağlandı. Bizə bildirildi ki, qonşu məktəblərdən birinə gedək. Heç bir məktəbə gedə bilmirik, çünki qonşu kəndlərdəki məktəblər olduqca uzaqdır, yolları yoxdur, payız-qış aylarında isə o məktəblərdən hər hansı birinə getməyimiz ümumiyyətlə mümkün deyil. Bu səbəblərdən yalnız öz məktəbimizdə təhsilimizi davam etdirmək istəyirik.

Xahiş edirik ki, Yardımlı rayon Şıxlar kənd M.Zamanov adına tam orta məktəbinin X sinfi bərpa olunsun ki, biz təhsilimizi davam etdirək. Əks halda biz heç bir qonşu məktəbə gedə bilmərik və təhsilimizin yarımçıq qalması bizim gələcəyimizin məhv olması deməkdir".

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məktəbdə X sinifdə cəmi 4 şagird olduğundan sinfin açılması normativ tələblərə cavab vermir:

"Yardımlı rayonu Şıxlar kənd M.T.Zamanov adına tam orta ümumtəhsil məktəbində X sinfin açılmaması ilə bağlı ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun və "Ümumi təhsil haqqında" Qanunlarının müvafiq maddələrinə əsasən yalnız ibtidai və ümumi orta təhsil səviyyələri üzrə məktəblərin azkomplektli formada fəaliyyətinə yol verilir.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"na əsasən, tam orta siniflərin təşkili üçün minimum şagird sayı təmin olunmalıdır. Şıxlar kənd məktəbində X sinifdə cəmi 4 şagird olduğundan sinfin açılması normativ tələblərə cavab vermir.

Sözügedən məsələ ilə bağlı valideynlərlə görüş təşkil olunub və müraciətləri rəsmi olaraq mövcud qaydalar izah edilməklə cavablandırılıb. Şagirdlərin təhsil hüququnun təmin olunması məqsədilə onların qonşu məktəblərdə təhsillərini davam etdirmələri tövsiyə edilib".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
oxu.az

1Sources