Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İsrail hökumətinin HƏMAS ilə Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılaşmanı təsdiqləməsindən sonra İsrail qüvvələri, Trampın sülh planında qeyd olunduğu kimi, Qəzza zolağında razılaşdırılmış xətlərə çəkilməyə başlayıblar.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Qeyd olunur ki, qoşunlar Rəfah, Xan-Yunis və Qəzza zolağının şimalındakı bölgələrdən şərqə doğru çəkiləcək və İsraillə sərhədə yaxınlaşacaqlar.
Bundan əlavə, razılaşmaya əsasən, yaxın 24 saat ərzində İsrail ordusunun üç diviziyası Qəzza şəhərindən çıxarılacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.