EN

Kiyevin təhsil müəssisələri distant tədrisə keçib

Kiyevin bir sıra ərazilərində elektrik və su təchizatının kəsilməsi səbəbindən şəhərin təhsil müəssisələri distant tədris rejiminə keçib.

Herbiand.az xəbər verir ki, Kiyev Şəhər Administrasiyasının məlumatına görə, şəhərə edilən raket və PUA hücumlarından sonra yaranan enerji çatışmazlığı səbəbindən təhsil müəssisələri fövqəladə vəziyyətə uyğun fəaliyyət göstərir.

Qeyd edək ki, Kiyevə endirilən hava zərbələri ciddi elektrik kəsintilərinə səbəb olub. Kiyevin meri Vitali Kliçko partlayışlardan sonra şəhərdə elektrik təchizatı ilə bağlı vəziyyətin hələ də mürəkkəb olaraq qaldığını bildirib.[AZƏRTAC]

Chosen
12
1
herbiand.az

2Sources