EN

Azərbaycan qeyri-neft-qaz ixracını 8 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 20,5 % artaraq 841,4 milyon ABŞ dolları olub.

Bundan başqa, hesabat dövründə şəkərin ixrac dəyəri 46,9 %, meyvə-tərəvəzin ixrac dəyəri 31,3 %, kimya sənayesi məhsullarının ixrac dəyəri 22 %, pambıq ipliyin ixrac dəyəri 12,5 %, çayın ixrac dəyəri 3,3 %, alüminium və onlardan hazırlanan məmulatların ixrac dəyəri 2,6 %, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri isə 1 % artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 27,8 % artaraq 667,1 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 233,1 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 19,2 % artaraq 900,2 milyon ABŞ dolları təşkil edib.

Chosen
5
1
banco.az

2Sources