ain.az xəbər verir, News24 saytına əsaslanaraq.
"Son günlər sosial şəbəkədə polis və prokurorluq orqanlarına qarşı əsassız tənqidlər aparılır, bəzi media resursları isə bilərəkdən yalan məlumatlar yayır".
News24.az xəbər verir ki, millət vəkili Razi Nurullayev bu fikirləri Milli Məclisin bugünkü iclasında səsləndirib.
""Sancaq Media" adı altında fəaliyyət göstərən bəzi media resursları bilərkdən yalan və təxribat xarakterli məlumatlar paylaşaraq ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Halbuki bu gün ölkənin təhlükəsizliyini və sabitliyini məhz polis qoruyur. Kim qanunsuz hərəkət edirsə, qanun qarşısında cavab verməlidir", – deyə Razi Nurullayev vurğulayıb.
Deputat əlavə edib ki, dövlət orqanlarına qarşı etimadı sarsıtmaq cəhdləri ölkənin sabitliyinə yönəlmiş təxribat xarakteri daşıyır və belə halların qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir.
Aqil Qarayev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.