EN

İkardidən sevgilisinə sərvət dəyərində hədiyyə

ain.az, Lent az portalına istinadən məlumat verir.

"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi sevgilisi Çina Suares üçün xüsusi jest edib. İkardi təqribən 500 min türk lirəsi dəyərində Suaresin adını daşıyan və daşlarla bəzədilmiş "Qalatasaray" formasını sifariş verib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, argentinalı futbolçunun sevgilisi üçün etdiyi jest sosial mediada böyük səs-küyə səbəb olub.

İkardi sevgilisi Suaresin adı olan özəl bir "Qalatasaray" forması hazırladıb. Məşhur hücumçunun 9 nömrəli formasının altına “Çina” adı yazılıb və təxminən 500 min türk lirəsi dəyərində daşlarla bəzədilib. Bu əl işi formada türk bayrağı detalı da var.

Bu da hədiyyə

İkardinin romantik hədiyyəsi qısa zamanda sosial mediada trend mövzusuna çevrilib. Azarkeşlər həm formanın estetik detallarını, həm də dəyərini müzakirə ediblər, bildirildiyinə görə, Suares bu xüsusi jestdən çox təsirlənib.

Argentinalı model Çina Suarea hədiyyəni almaqdan çox sevinib. “Qalatasaray” oyunlarında tez-tez tribunadan İkardiyə dəstək verən Suaresin sosial şəbəkədə bu jesti paylaşaraq təşəkkür etdiyi bildirilir.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
lent.az

1Sources