EN

İctimai birlik rəhbəri hakim qarşısında

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun ibtidai istintaqı yekunlaşıb.

"Unikal"ın məlumatına görə, Hafiz Hüseynovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Eldar İsmayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Seymur Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
unikal.az

2Sources