EN

Kenan Yıldızın qərarı Turində şok yaratdı

“Yuventus” gənc hücumçu Kenan Yıldıza bonuslarla birlikdə illik 5 milyon avro dəyərində yeni müqavilə təklif edib.

Fanat.Az xəbər verir ki, futbolçu bu təklifi qəbul etməyib və danışıqlarda gözlənilməz dönüş yaşanıb.

Bu barədə məlumatı “La Gazzetta dello Sport” yayıb.

Bildirilir ki, Kenan Yıldız rəhbərliyin təklif etdiyi şərtləri yetərli hesab etməyib və gələcəyi ilə bağlı qərarını mövsümün sonunda verməyi planlaşdırır. Klub isə futbolçunu komandada saxlamaq üçün yeni variantlar üzərində işləyir.

Kenan Yıldız bu mövsüm “Yuventus”da göstərdiyi performansla Avropanın bir çox nəhəng klubunun diqqətini cəlb edib. 2005-ci il təvəllüdlü futbolçu həm İtaliya A Seriyasında, həm də Türkiyə millisində çıxışı ilə diqqət mərkəzinə düşüb.

Kamil Xudiyev

Chosen
2
fanat.az

1Sources