EN

ING Azərbaycanda 2028-ci ilə qədər inflyasiya ilə bağlı proqnozlarını bölüşüb

Bakı. Trend:

Niderlandın ING bank qrupu Azərbaycanda 2028-ci ilə qədərinflyasiya səviyyəsi ilə bağlı yenilənmiş proqnozlarını dərcedib.

Trend xəbər verirki, qrupun analitiklərinin təxminlərinə əsasən, 2025-ci ildəinflyasiyanın illik səviyyəsi 5,5 faiz təşkil edəcək, 2026-cı ildə5,4 faiz olacaq, 2027-ci ildə isə inflyasiyanın 8,9 faizəyüksələcəyi gözlənilir.

Rüblər üzrə bölgüyə əsasən, 2025-ci ildə aşağıdakıgöstəricilərin qeydə alınacağı proqnozlaşdırılır: üçüncü rübdəinflyasiya 5%, dördüncü rübdə isə 5,3% təşkil edəcək.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cariilin avqust ayında istehlak qiymətləri indeksi 2024-cü ilin avqustayına nisbətən 104,9% olub. Bu göstərici ərzaq məhsulları, spirtliiçkilər və tütün məmulatları üzrə 106,6%, qeyri-ərzaq məhsullarıüzrə 102,1%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 104,9%təşkil edib.

2025-ci ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlkiayla müqayisədə 100,4%, yanvar-avqust ayları üzrə isə ötən ilinmüvafiq dövrü ilə müqayisədə 105,6% səviyyəsində olub.

Məqalədə:
Chosen
4
az.trend.az

1Sources