EN

Toyda bıçaqlanan Sabirabad sakini ölüb


Sabirabadda qətl hadisəsi törədilib. Belə ki, rayon ərazisində keçirilən toy mərasimində bıçaqlanan şəxs ölüb. Rayonun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü İsrafilov Telxas Telman oğlu toy mərasimində bıçaqlanıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, səhər saatlarında vəfat edib. Hadisəsini törətməkdə şübhəli bilinən Qaragüney kənd sakini, İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Muradov Xəqani polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Chosen
12
14
baki-xeber.com

10Sources