EN

Lənkəranda ağır qəzada xəsarət alanların son durumu AÇIQLANDI - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Lənkəran rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

TƏBİB-dən Missiya.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 10.10.2025-ci il tarixində saat 08:00 radələrində Lənkəran-Lerik yolunun Təngivan kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (4 qadın, 1 kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub. Hazırda pasiyentlərin müalicələri tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir".

10:35

Lənkəran rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. 

Missiya.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şovu kəndi ərazisində qeydə alınıb. 2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi "Reno" markalı avtomobillə toqquşub. 

Hadisə nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü və digər avtomobildə olan sərnişinlər - 2008-ci il təvəllüdlü E.Əmrəzadə, Ş.Sultanova (2008), F.Əmrəzadə (2013) və X.Məmmədli (2018) müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıblar.

Seyranə QuliyevaMissiya.Az

Chosen
27
7
missiya.az

8Sources