Türkiyənin “Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsi (PDT) TOLUN və TEBER-82 sursatları ilə həyata keçirdiyi ilk atış sınağını uğurla tamamlayıb.
“Poliqon” “Baykar” şirkətinə istinadən xəbər verir ki, “AKINCI Uçuş Təlimi ve Test Mərkəzi”ndə keçirilən sınaqlar çərçivəsində “Bayraktar KIZILELMA”nın üçüncü prototipi olan PT-3 iki ayrı uçuş icra edib.
İlk uçuş zamanı ASELSAN şirkəti tərəfindən hazırlanmış TOLUN sursatını buraxan “Bayraktar KIZILELMA” hədəfi tam dəqiqliklə vurub. İkinci uçuş zamanı isə pilotsuz döyüş təyyarəsi “Roketsan” şirkətinin istehsalı olan TEBER-82 tuşlama dəsti ilə havaya qalxaraq hədəfi uğurla məhv edib.
Qeyd edək ki, ilk uçuşunu 2022-ci ilin 14 dekabrında həyata keçirən “Bayraktar KIZILELMA” PDT-nin 2026-cı ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi planlaşdırılır.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */