EN

“İnternet insanlar üzərində əsas nəzarət alətinə çevrilir” –"Teleqram"ın sahibi "vaxtımız azalır"dedi

“Atalarımızın bizim üçün yaratdığı azad interneti xilas etmək  üçün çox az vaxt qalıb. Bir vaxtlar azad məlumat mübadiləsi vədləri əsas nəzarət alətinə çevrilir”.

AzPost bildirir ki, bu sözləri Telegram-ın qurucusu Pavel Durov paylaşımnda yazıb.

41 yaşı tamam olan Durov adeyib ki, d gününü Telegram kanalında qeyd etmək istəmir. “Çünki atalarımızın bizim üçün yaratdığı azad interneti xilas etmək üçün çox az vaxt qalıb”-deyə yazıb.

Durovun fikrincə, onun nəsli tarixə azadlıqlardan ən sonuncu həzz alan və onların əlindən alınmasına icazə verən nəsil kimi  düşə bilərdi.

Durov yazır: “Bir vaxtlar azad məlumat mübadiləsi vədləri əsas nəzarət alətinə çevrilir”. O, postunda “əvvəllər azad olan ölkələr” tərəfindən artıq həyata keçirilən “distopiya tədbirləri”ni sadalayıb. Bunlara rəqəmsal şəxsiyyət vəsiqələri və tvitlər üçün həbslər olan Böyük Britaniya, onlayn yaş yoxlaması olan Avstraliya, şəxsi yazışmaları skan edən Avropa Birliyi və texnoloji şirkət rəhbərlərinin cinayət təqibinə məruz qalan Fransa daxildir.

Durovun sözlərinə görə, “biz yatarkən” qaranlıq, anti-utopiya dünyası sürətlə yaxınlaşır. Sahibkar yazır: “Bizi yalandan yedizdirdilər. O, iddia edir ki, bizim ata-baba irsimizin – adət-ənənələrin, şəxsi həyatın, suverenliyin, azad bazarın və söz azadlığının məhv edilməsicmənəvi, intellektual, iqtisadi və son nəticədə bioloji özünü məhvə aparan yoldur . Vaxtım tükənir. Vaxtımız daralır” -deyə Durov sözlərini yekunlaşdırıb.

Forbes-in 2025-ci ildə açıqladığı məlumata görə, Durov 146 milyarderi siyahısında 8-ci yerdədir. Onun xalis sərvəti 17,1 milyard dollardır.

AzPost.az

Chosen
11
1
azpost.info

2Sources