EN

338 namizəddən kim qalib olacaq?

Bu gün Sülh üzrə Nobel mükafatının qalibi elan ediləcək.

Turkustan.az xəbər verir ki, qalibin kimliyinin Bakı vaxtı ilə 13:00-da açıqlanması gözlənilir.

Nobel institutunun nümayəndəsi Erik Oshaym Osloda jurnalistlərə bildirib ki, Nobel komitəsi oktyabrın 7-də məsələ ilə bağlı sonuncu iclasını keçirib və bu il üzrə həmin mükafata layiq görüləcək laureatı seçib.

Onun sözlərinə görə, həmin iclas zamanı son düzəlişlər edilib.

Qeyd edək ki, son zamanlar Nobel Sülh mükafatına potensial namizəd olaraq ABŞ Prezidenti Donald Trampın adı hallanır. İspaniyanın “El Pais” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Trampın adı bu kateqoriya üzrə namizədlər siyahısına daxil edilib. Buna əsas olaraq isə ABŞ liderinin ikinci prezidentliyi dövründə ölkələr arasında bir neçə münaqişəyə son qoyması göstərilib.

Dünən isə İsrail və HƏMAS hərəkatı arasında atəşkəs razılaşmasından sonra İsrailin Baş naziri Benyamin Netanyahu Trampa Nobel Sülh Mükafatının verilməsinə dair çağırış edib.

Bundan əvvəl, Azərbaycan Prezidenti İlham Əliyev bu il avqustun 8-də Vaşinqtonda keçirilən görüş zamanı Azərbaycan və Ermənistanın D.Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürəcəyini bildirmişdi. O bu zaman qeyd edib ki, Trampa Sülh Mükafatının verilməsi üçün Nobel Komitəsinə birgə ərizə göndərəcəklər.

Ümumilikdə isə bu il 338 namizəd nəzərdən keçirilib, onlardan 224-ü fiziki şəxs, 94-ü isə təşkilatdır. /Cebheinfo.az/

Chosen
12
4
turkustan.az

5Sources