EN

Lənkəranda yol qəzasında 2 azyaşlı, 2 tələbə xəsarət alıb - Foto

Lənkəranda yol qəzası baş verib...

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şovu kəndi ərazisində qeydə alınıb. 2003-cü il təvəllüdlü Murad Mirzəzadənin idarə etdiyi "VAZ 2106" markalı nəqliyyat vasitəsi Eldəniz Əmrəyevin idarə etdiyi "Reno" markalı avtomobillə toqquşub. "VAZ-2106"nın sürücüsü və digər avtomobildə olan sərnişinlər - 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.

 
Qeyd edək ki, xəsarət alanlardan ikisi şagird, ikisi tələbədir.

Lənkəran rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-ya bildirib ki, bu gün saat 08:00 radələrində Lənkəran-Lerik yolunun Şovu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (4 qadın, 1 kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub. Hazırda pasiyentlərin müalicələri tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Poliqon.info

Chosen
14
3
poliqon.info

10Sources