EN

Gürcüstanda saxlanılanların sayı 45-ə çatdı

BAKI, 10 oktyabr. TELEQRAF

Gürcüstan Daxili İşlər Nazirliyi oktyabrın 4-də Tbilisidə baş vermiş hadisələrlə əlaqədar daha bir nəfəri – 1987-ci il təvəllüdlü A.S.-ni saxlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, indiyədək ümumilikdə 45 nəfər saxlanılıb.

“Faktla bağlı Cinayət Məcəlləsinin 317, 222, 225 və 187-ci maddələri ilə istintaq aparılır”, - məlumatda deyilir.

Chosen
15
teleqraf.com

1Sources