EN

Üç ölkəni tarixi bağlar birləşdirir - Yaşar Gülərdən AÇIQLAMA


Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünə dair keçirilən mətbuat konfransında mühüm fikirlər səsləndirib. O qeyd edib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın regional məsələlər üzrə sıx qarşılıqlı fəaliyyəti digər ölkələr üçün nümunədir. Üç ölkəni tarixi bağlar birləşdirir və münasibətlərin səviyyəsi strateji xarakter daşıyır.

Nazirin sözlərinə görə, Türkiyə paytaxtında keçirilən müzakirələr zamanı ikitərəfli və üçtərəfli əsasda əməkdaşlığın gücləndirilməsinə iradə nümayiş etdirilməsi bir daha vurğulanıb.

Yaşar Gülər qeyd edib ki, son dövrün prosesləri “Cənubi Qafqaz tarixində sülh, sabitlik və əməkdaşlığa əsaslanan yeni bir səhifənin açılacağına” ümidləri möhkəmləndirir.

Mətləb

Chosen
7
1
baki-xeber.com

2Sources