EN

Emin Mahmudov Zirədə 200 ə çatdı

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Misli Premyer Liqasının VII turu "Neftçi"nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

Fanat.Az xəbər verir ki, o, 200-cü dəfə oyuna "ağ-qaralar"ın kapitanı kimi çıxıb.

Yarımmüdafiəçinin yubileyində komandası "Zirə" ilə məhsuldar heç-heçə edib – 2:2.

Mahmudov ilk dəfə 2017/2018 mövsümündə "Neftçi"nin kapitanı kimi meydana çıxıb. O, Premyer Liqada 161, ölkə kubokunda 15, avrokuboklarda 24 görüşə sarğı ilə başlayıb.

Qeyd edək ki, Mahmudov "ağ-qaralar"ın heyətində ümumilikdə 262 oyun keçirib.

 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
12
fanat.az

10Sources