EN

Rusiyada "MiQ-31" qırıcısı qəzaya uğradı

Lipetsk vilayətində "MiG-31" qırıcı təyyarəsi qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə TASS Rusiya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilib ki, ekipaj katapultasiya edilib, pilotların həyatı üçün təhlükə yoxdur.

Nazirlik bildirib ki, planlı təlim uçuşunu tamamladıqdan sonra enişə keçərkən təyyarə qəzaya uğrayıb. Hadisə təxminən Moskva vaxtı ilə 19:20-də baş verib.

Chosen
37
publika.az

1Sources