EN

“Azərbaycan komandasına mütləq qalib gəlmək istəyirik, lakin bu, heç də asan olmayacaq”

Çexiyanın gənclərdən ibarət futbol üzrə komandasının (U-21) baş məşqçisi Mixal Bilek bu gün Karvinada keçiriləcək Avro-2027-nin B qrupunun Azərbaycan yığmasına qarşı oyunundan gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Bilek oyundan öncə bunları qeyd edib:

“Biz evdə oynayırıq və mütləq qalib gəlmək istəyirik. Lakin bu, heç də asan olmayacaq.

Azərbaycanın Portuqaliyaya qarşı oyununa baxdıq. Onlar fasiləyə 0:0 hesabı ilə yollandılar və çox yaxşı oynadılar.

Yalnız ikinci hissədə qol buraxdılar və nəticədə böyük hesabla uduzdular. Bu komandada çox dirənişli futbolçular var.

Onlar inadla müdafiə olunurlar və sürətli əks-hücumlarla təhlükə yaradırlar. Bundan əlavə, komandada hücumda çox güclü, hündürboylu bir forvard var”.

Çexiya - Azərbaycan matçı oktyabrın 10-da, saat 20:00-da Karvina şəhər stadionunda start götürəcək.

Chosen
9
4
sportinfo.az

5Sources