EN

FİFA dünya çempionatını TƏXİRƏ SALIR?

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2034-cü ildə Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan dünya çempionatının 2035-ci ilin yanvar ayına təxirə salınması imkanını araşdırır.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Əvvəlcə turnirin 2034-cü ilin noyabr-dekabr aylarında keçirilməsi nəzərdə tutulurdu, lakin bu tarixlər Ramazan ayına təsadüf etdiyindən, dini səbəblərə görə yarışların həmin dövrdə keçirilməsi mümkün deyil. FİFA prezidenti Canni İnfantino təşkilatın gələcək turnirin təqvimi ilə bağlı müzakirələrə başladığını təsdiqləyib.

“Bəlkə də təqvimi optimallaşdırma yolları var, biz bunu müzakirə edirik. Sadəcə qərəzsiz olmalıyıq,” – deyə İnfantino "The Athletic"ə bildirib.

Səudiyyə Ərəbistanının iqlim şəraiti də dünya çempionatının tarixlərinin seçilməsinə təsir edir. Yay ayları istisna edilir, çünki temperatur +52°C-yə qədər yüksəlir. Bu, 2022-ci ildə Qətərdə keçirilən qış dünya çempionatından sonra turnirin qeyri-standart vaxtda keçirildiyi ikinci hal olacaq.

Chosen
60
publika.az

1Sources