EN

“Ferqyuson ilk vaxtlar məni qorxudurdu"

Portuqaliya millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Luiş Nani İngiltərə Premyer Liqasında karyerasının başlanğıcında yaşadığı çətinliklərdən danışıb.

90deqiqe.Az "O Jogo"ya istinadən xəbər verir ki, o, bildirib ki, 2007-ci ildə “Sportinq” klubundan ayrılaraq “Mançester Yunayted”ə gəldiyi zaman baş məşqçi Aleks Ferqyuson idi və onun ilk problemi ingilis dilini bilməməsi olub:

“Ferqyuson danışanda mən bir söz də başa düşmürdüm. Sadəcə üz ifadəsinə baxırdım. Düzünü desəm, bu məni qorxudurdu. Kriştiano Ronaldoya nə dediyini soruşurdum, o isə deyirdi ki, bunu bilməməyim yaxşıdır.”

Nani əlavə edib ki, ingilis dilini öyrəndikcə Ferqyuson onu tez-tez tənqid edirmiş:

“Mən həmişə çətin xasiyyətli olmuşam. Xarakterim səbəbindən həmkarlarım mənimlə mübahisəyə girəndə sakit qala bilmirdim. Ferqyuson gəlir, qışqırır və deyirdi: ‘Nani, bunu bir daha etsən, artıq oynaya bilməyəcəksən, hətta B komandası üçün də yox. Səni Portuqaliyaya göndərəcəyəm, təyyarəyə mindirəcəyəm.’”

Nani “Mançester Yunayted”də 2015-ci ilə qədər çıxış edib, komandada 240 oyun keçirib, 41 qol vurub və 65 məhsuldar ötürmə edib.

Chosen
7
90deqiqe.az

1Sources