EN

Masazırda sakinlərə təhlükə yaradan sahibsiz itlərin problemi nə vaxt həll olunacaq?VİDEO

Təxminən 25 it bir yerdə yolla hərəkət edir... Bu ərazidə itlər sürü halında...

Görüntülər Abşeron rayonundandır.

Xezerxeber.az-ın xəbər verir ki, sakinlərin sözlərinə görə, son günlər küçələrdə sürü halında gəzən itlərin sayı xeyli artıb. Bu vəziyyət, xüsusilə səhər və axşam saatlarında məktəbə gedən uşaqlar, işə tələsən insanlar üçün qorxu doğurur.  Sakinlər bildirirlər ki, itlər əsasən qəsəbənin yaşayış massivlərində, məktəb və marketlərə yaxın ərazilərdə dolaşırlar.

Abşeron Rayon İcra Hakimiyyətindən "XəzərXəbər"ə bildirilib ki, bir müddət öncə Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin yaradılması üçün torpaq sahəsinin ayrılması və tikintinin aparılması ilə bağlı qanunvericiliyə müvafiq olaraq sənədləşmə işlərinə başlanılıb. Buna paralel olaraq tərəfimizdən mütəxəssislərin rəyi nəzərə alınmaqla, o cümlədən birbaşa iştirakı ilə mərkəzin layihəsi hazırlanıb. Gələn ilin birinci yarısında işlərin görülməsi planlaşdırılır. Buna baxmayaraq, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Sahibsiz İtlərə Qayğı Mərkəzləri tərəfindən rayon ərazisində olan ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlər parklardan, küçə və prospektlərdən götürülüb.

Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə Qayğı Mərkəzinə daşınıb. Hazırda da bu işlər davam etdirilməkdədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
19
1
xezerxeber.az

2Sources