EN

Dövlətlərin milli təhlükəsizliyi Bakıda müzakirə edilirVİDEO

Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilməkdədir

Xezerxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən "Kritik İnfrastrukturun Müdafiə Yarışı" tədbirində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib. Daxili işlər naziri Vilayət Eyvazov və digər rəsmi şəxslərin də iştirak etdiyi kiberfestivalda bildirilib ki, enerji idarəetmə sistemləri, nəqliyyat şəbəkələri, səhiyyə və təhsil kimi strateji sahələrdə tətbiq olunan rəqəmsal texnologiyalar kibermühitdə potensial hədəflərə çevrilə bilər.

İlqar Musayev əlavə edib ki, kritik informasiya sistemlərinin kibermüdafiə qabiliyyətinin artırılması, böhran vəziyyətlərində idarəetmə ssenarilərinin simulyasiya olunması və yeni texnoloji yanaşmaların tətbiqi reallaşdırılır.

Həmçinin qeyd edilib ki, bu il bir sıra qlobal kibertəhdid aktorları müəyyən edilib və qarşısı vaxtında alınıb.

Bu il üçün kiberhücumların iqtisadi zərərinin 10 trilyon dolları ötəcəyi vurğulanıb.

Festival ayın 10-a kimi davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
63
xezerxeber.az

1Sources