EN

Xorvatiyadan olan nümayəndə: İtkin düşmüş şəxslərin axtarışı bütün tərəflərin öhdəliyidir

Bakı, 9 oktyabr, G.Mahmudlu, T.Babayeva, AZƏRTAC

İtkin düşmüş şəxslərin axtarışı tək münaqişə zamanı deyil, ondan sonra da bütün tərəflərin öhdəliyidir. Ona görə də qarşıdurmada olan tərəflər münaqişədən sonra da itkin düşmüş şəxslərin tapılması, identifikasiyası üçün bütün lazımi tədbirləri davam etdirməlidirlər.

AZƏRTAC xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Qlobal Alyansın həmsədri, Xorvatiyanın nümayəndəsi Vlatka İvanda Çuk İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, itkin düşmüş şəxslərin faciəsi silahlı münaqişələrin çərçivəsindən, bir ölkənin hüdudlarından kənara çıxır. Əziyyət çəkən ailələrə köməyin göstərilməsi hər kəsin müştərək məsuliyyətlidir. Bu, gələcəkdə münaqişələrin təkrarlanması riskinin önləmməsi deməkdir. Eyni zamanda, fəal axtarışların həyata keçirilməsi, ailələrə dəstəyin göstərilməsi cəmiyyətə irəliləmək imkanı verir: "Məhz buna görə də itkin düşmüş şəxslər üzrə Qlobal Alyansın üzvləri də daxil olmaqla, bir çox sayda dövlətlərin itkin düşmüş şəxslərin tapılması və ailələrinə dəstək mexanizmlərini, təsisatlanmanı, institusional strukturu görürük. Bu da təqdirəlayiqdir. Çox sayda dövlətlər üzərlərinə əlavə öhdəliklər götürüb, bu məqsədlərə nail olurlar. Belə təqdirəlayiq təcrübə bu məsələnin həllinə yönəlmiş cəhdlərə əlavə dəyər qata bilər. Biz bu təcrübəni dəstəkləməliyik. Siyasi iradə olmadan proseslər öz nəticəsini tam verə bilməyəcək, uğur imkanlarımız məhdud olacaq. Azərbaycan qlobal alyansın həmtəsisçilərindən biridir. Buradakı siyasi iradəyə, itkin düşmüş şəxslərlə bağlı bütün tədbirlərə və təşəbbüslərə görə Azərbaycana təşəkkür edirik. Ekspertlərin qarşılıqlı təcrübə mübadiləsi apara bilməsi çox vacibdir".

Chosen
19
azertag.az

1Sources