EN

"İlham Əliyevin prinsipial mövqeyi həlledici amil oldu" - Rusiya tələbləri yerinə yetirəcək

"Rusiya AZAL-ın vurulan təyyarəsi ilə bağlı Azərbaycanın bütün tələblərini qəbul edib. Düşənbə görüşündə Prezident İlham Əliyevlə görüşən Rusiya lideri Vladimir Putin AZAL-ın təyyarəsinin vurlmasına görə başsağlığını bir daha çatdırdı və hadisə baş verdiyi vaxt üzr istədiyini xatırlatdı. Hadisə ilə bağlı araşdırmanın yaxın vaxtda başa çatacağını deyən Putin diqqəti “kənar müdaxilə” üzərinə yönəltməyə çalışdı. Bu, məsuliyyəti müəyyən qədər də olsa, bölüşdürmək məqsədi daşıyır".

Ölkə.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Putinin təyyarə qəzasına görə üzr istəməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Putin bildirib ki, Rusiyanın hava məkanına müdaxilələr olub və Hərbi Hava Qüvvələri buna qarşı atəş açıb:

"AZAL-ın təyyarəsi hədəf kimi seçilməsə də, atəş açılan vaxt qəlpələrə tuş gəlib. Azərbaycan da qəza baş verən ilk gündən bu mövqedən çıxış edirdi: Rusiya AZAL-ın təyyarəsini hədəf olaraq seçməyib, lakin HHQ-nin səhvləri nəticəsində böyük faciə baş verdi və buna görə Moskva Bakının üç haqlı tələbini qəbul etməlidir: Baş verənlərə görə Azərbaycandan üzr istənilməli; kompensasiya ödənilməli; günahkarlar cəzalandırılmalıdır.

Putinin hadisə baş verən vaxt İlham Əliyevlə telefon danışığında üzr istəməsi ilə birinci tələb yerinə yetirilsə də, Moskva digər iki tələbə məhəl qoymamaq siyasəti sərgiləyirdi. Buna paralel olaraq, tələblərindən geri çəkilməsi üçün informasiya və siyasi müstəvidə Bakıya təzyiqlər edildi. Hərçənd, İlham Əliyev bütün təzyiqlərə baxmayaraq, ilk gündə sərgilədiyi mövqeyindən geri çəkilmədi. Və nəhayət, Azərbaycanın iki tələbinin – kompensasiya ödənilməsi və günahkarların cəzalandırılması, icra ediləcəyi Prezidentlə görüşdə birbaşa Putin tərəfindən qəbul olundu. Bu nəticənin əldə edilməsində İlham Əliyevin prinsipial mövqeyi həlledici amil oldu".

Həmidə İbrahimova

Chosen
27
22
olke.az

10Sources