BAKI, 9 oktyabr. TELEQRAF
Qlobal bazarlarda gümüşün qiyməti son rallinin təsiri ilə kəskin artaraq yeni rekorda çatıb.
Teleqraf xəbər verir ki, spot bazarında gümüşün bir unsiyası 2%-ə yaxın yüksələrək 49,82 dollara qalxıb. Bununla da 2011-ci ildə qeydə alınmış əvvəlki zirvəni yeniləyib. 1993-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Bu il gümüşün qiyməti 70%dən çox artıb.və rekorda imza atan qızılı geridə qoyub. Analitiklər artımı ABŞ-da maliyyə risklərinin artması, həddindən artıq istiləşən səhm bazarı və Federal Ehtiyat Sisteminin müstəqilliyinə dair narahatlıqlar fonunda təhlükəsiz aktivlərə olan tələbin yüksəlməsi ilə əlaqələndirirlər.
Eyni zamanda, London bazarında sərbəst şəkildə əldə edilə bilən gümüş təklifinin azalması qiymət artımını dəstəkləyir və metalın borclanma dəyərini kəskin şəkildə artırır.
Xatırladaq ki, 1980-ci ildə inflyasiyadan qorxan və neft milyarderləri Hunt qardaşları gümüşə investisiya etmişdilər. Onlar 200 milyon unsiyadan çox gümüş alaraq qiymətlərin 50 dolların üzərinə qalxmasına nail olmuşdular. Lakin sonradan qiymətlər 11 dolların altına düşdü.