EN

"Dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilib" - DEPUTAT

"Dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilib" - DEPUTAT"İnsan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi, hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilməklə, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi humanist dəyərlərə əsaslanır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.

"Dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilib" - DEPUTATO, açıqlamasında qeyd edib ki, demokratik inkişaf yolu seçən Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin real təminatı üçün zəruri qanunvericilik bazası yaradılıb:

"1998-ci il fevralın 22-də Ümummilli Lider Heydər Əliyev tərəfindən "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalanıb, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası dəqiq şəkildə müəyyən olunub.

1998-ci il iyunun 18-də Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz "insan meyarı"nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq edib. Dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilib. Bu sahədə aparılmış əsaslı hüquqi islahatlar bütövlükdə cəmiyyətin və dövlətin inkişafında əvəzsiz rol oynayıb.

Ötən əsrin 90-cı illərinin ortalarından başlayan islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulmasına, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatların yaradılmasına, ictimai-siyasi sabitlik və əmin-amanlığın bərqərar edilməsinə, eləcə də qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyətinin formalaşdırılmasına nail olunub".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusuna uyğun olaraq dərc edilir.

"Dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilib" - DEPUTAT

Chosen
47
sonxeber.az

1Sources