EN

Gəncədə yol qəzası oldu, xəsarət alan var

GƏNCƏ, 9 oktyabr. TELEQRAF

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın qərb bürosu xəbər verir ki, hadisə Atatürk prospekti ilə Ələkbər bəy Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, Süleyman Bağırov və Elmidar Camalzadənin idarə etdiyi iki “VAZ-2106” markalı avtomobil toqquşub. Qəza nəticəsində sürücülərdən biri – Elmidar Camalzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
38
teleqraf.com

1Sources