EN

Azərbaycanda fintexlərin inkişafı ilə əlaqədar tənzimləmələrə ehtiyac var - Vençur fondu

Bakı. Trend:

Azərbaycanda son üç ildə fintexlər sürət əldə etmişdi. Lakinfintexlərin inkişafı ilə əlaqədar hazırda qeyri-müəyyənliyimüşahidə edirik. Bu tənzimlənməlidir.

Trend xəbərverir ki, bunu “Caucasus Ventures” vençur fondunun baş tərəfdaşıMəmməd Kərim Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum2025") bildirib.

"Bu qədər tənzimlənən bazar olduqda, biz investor kimi narahatoluruq. Yəni, böyüməklə əlaqəli suallarımız olur. Yaxud böyüdükdənsonra tənzimləmələr istifadəçi bazasını bir gündə 1 milyondan 10minə sala bilər. Buna görə də bu coğrafiyada fintexə bir azmarağımız azalıb", - deyə fond nümayəndəsi vurğulayıb.

"Bir fürsət və problem başqa bir imkanları ortaya çıxarır. Onagörə fintexdən "cybertech"ə, "cybertech"dən isə daha başqadomenlərə baxmağa başlamışıq", - deyə M. Kərim əlavə edib.

Chosen
85
az.trend.az

1Sources