EN

NYT: “Qətər ABŞ ilə Venesuelanı barışdırmaq istəyir”

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The New York Times (NYT)” nəşri belə məlumat yayıb. “Venesuela hakimiyyəti Qətərin səylərini dəstəkləyir, lakin Amerika administrasiyasını diplomatiyadan daha çox hərbi üsullar maraqlandırır. ABŞ-nin yüksək rütbəli hərbi məmurunun sözlərinə görə, Pentaqon Karib hövzəsi regionuna 10 min hərbçi yerləşdirib. Onların əksəriyyəti Puerto-Rikodakı bazalarda yerləşdirilib. Buna baxmayaraq, Doha Vaşinqton və Karakas arasında əlaqə kanallarını açıq saxlamağa çalışır”, - qəzet yazır.

Tramp Maduro ilə bütün danışıqları dayandırır

ABŞ və Venesuela arasında gərginliyin artması Dohanın Qətər üçün vasitəçi kimi çıxış etdiyi 12 istiqamətdən birinə çevrilib. “NYT” daha əvvəl ABŞ prezidenti Donald Tramp administrasiyasına Venesuela ilə gərginliyin diplomatik yolla həllinə nail olmaq üçün bütün səyləri dayandırmağı əmr etdiyini yazmışdı. - Dövlət katibi Marko Rubionun başçılıq etdiyi nüfuzlu Tramp tərəfdarları son vaxtlar hərbi təzyiqləri artırmaqla Venesuela lideri Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün səylərini artırıblar”, - nəşr vurğulayır. Xatırladaq ki, Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz qüvvələri (HDQ) artıq Karib dənizində beynəlxalq sularda Venesueladan narkotik maddələrin daşınması ilə bağlı sübut olunmamış ittiham əsasaında insanları daşıyan ən azı dörd sürətli qayığı məhv edib. Sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında Donald Tramp deyib ki, amerikalı hərbçilər, Vaşinqtonun fikrincə, Maduronun rəhbəri olduğu Venesuela narkotik kartellərin gəmilərinə hücumları davam etdirəcəklər. Sahil İsgəndərov

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
1
azvision.az

2Sources