EN

Sabah yağış yağacaq, duman olacaq

Bakı. Trend:

Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuzkeçəcəyi gözlənilir.

Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 17-19, gündüz 21-26 dərəcə isti olacaq.Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununayüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65 % təşkiledəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin günün birinci yarısında bəzi dağlıq və dağətəyi rayonlardaarabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrıyerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, doludüşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalolunur. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyiayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-18, gündüz 22-27, dağlarda gecə5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Chosen
271
49
az.trend.az

10Sources