EN

Qazaxıstanın "Açıq bankçılıq" üzrə Azərbaycanla əməkdaşlıq imkanları dəyərləndirilib

Bakı. Trend:

Region bazarlarının inkişafı və fintex sistemlər arasındamüəyyən inteqrasiyanın mümkünlüyü vacibdir.

Trend xəbərverir ki, bu barədə Qazaxıstan Ödəniş Təşkilatları Assosiasiyasınınsədr müavini Yulia Salehova "Baku Fintech Forum 2025" çərçivəsindəjurnalistlərə açıqlamasında bildirib.

"Təbii ki, bunun həyata keçirilməsi çox böyük resurslar və zamantələb edəcək. Amma məncə, bu yalnız mümkün olmamalıdır, eynizamanda prioritet olmalıdır", - Y. Salehova vurğulayıb.

O, həmçinin açıq bankçılığın üstünlüyündən, Qazaxıstantəcrübəsindən və Azərbaycannla bu istiqamətdə mümkün əməkdaşlıqimkanlarından da danışıb: "Açıq bankçılıq ("Open Banking") bazaramüəyyən üstünlüklər verə biləcək bir istiqamətdir və bazariştirakçılarının, yalnız bankların yox, ilk növbədə kiçik fintexşirkətlərinin inkişafına ciddi təkan verə bilər. Bir “unicorn”şirkəti yetişdirmək üçün onlara böyümək üçün imkan yaratmaqlazımdır. "Open Banking" imkanlarının bu oyunçularlabölüşdürülməsi, bəlkə də, məhz “unicorn”ları yetişdirə biləcəyimizsahədir.

"Open Banking"in bank sektoru üçün imkanlarına gəlincə, əgər buAzərbaycanda tətbiq olunarsa, bank sektorumuza hansı üstünlüklərigətirə bilər? Məlumatların paylaşılması banklar arasında vəmüxtəlif müştəri hesabları arasında əməliyyatları daha sürətliedəcək. Açıq bankçılıq əsasən müştəriyə bütün hesablarını dahayaxşı idarə etmək, məlumatları bir yerdə görmək və bir bankınmüştərisi olaraq digər bankın təqdim etdiyi xidmətlərə çıxışimkanını təmin edir".

"Əgər bu inteqrasiya uğurla həyata keçirilərsə, əsas faydalanantərəf, əlbəttə, son müştəri olacaq. Eyni zamanda, "Open Banking"imkanlarının fintex şirkətləri ilə bölüşdürülməsi bu şirkətlərininkişafına, yeni interfeyslərin və məhsulların yaradılmasına,nəticədə isə bazarın ümumi inkişafına şərait yaradacaq. Bəlkə bu,bizə hazırda görmədiyimiz yeni imkanları da göstərəcək", - deyə Y.Salehova vurğulayıb.

Məqalədə:
Chosen
78
az.trend.az

1Sources