EN

PAŞA Kapital-dan yeni başlayan investorlar üçün onlayn və ödənişsiz vebinar

Yerli kapital bazarlarının lider investisiya şirkəti PAŞA Kapital, investisiya dünyasındakı fürsətlərlə yaxından maraqlanan şəxslər üçün ödənişsiz onlayn vebinar təşkil edir.

FED.az xəbər verir ki, 20 oktyabr 2025-ci il tarixində saat 17:00-da Microsoft Teams platforması üzərindən “Marja ticarəti haqqında nələri bilməlisiniz?” başlığı ilə keçiriləcək vebinar çərçivəsində iştirakçılara aşağıdakı mövzulara dair nəzəri və praktiki məlumat təqdim ediləcək:

  • Beynəlxalq birjalara çıxış və ticarət strategiyaları;
  • Platforma üzərindən alış-satış əməliyyatlarının aparılması;
  • Səhm, indeks və valyuta bazarlarında investisiya imkanları;
  • Risklərin diversifikasiyası və kapitalın qorunması prinsipləri.

Vebinar PAŞA Kapital İnvestisiya Şirkətinin xarici bazarlar və marja ticarəti üzrə peşəkar nümayəndəsi Elvin Abduyev tərəfindən keçiriləcək və hər bir iştirakçıya sertifikat ilə təqdim ediləcək.

18 yaşdan yuxarı və investisiyaya maraq göstərən hər bir şəxs bu link - https://bit.ly/4gWrq61  vasitəsilə qeydiyyatdan keçərək vebinarda iştirak edə bilər.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.

Chosen
2
2
fed.az

3Sources