Birləşmiş Millətlər Təşkilatı (BMT) sülhməramlı qüvvələrinin sayını təxminən 25 faiz azaltmağı planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə BMT-nin yüksək rütbəli rəsmisi məlumat verib.
Rəsminin sözlərinə görə, qərar əsasən maliyyə çətinlikləri ilə bağlıdır. Planlaşdırılan ixtisarların 13-14 minə yaxın sülhməramlıya təsir edəcəyi bildirilir.
Qeyd olunur ki, bəzi üzv dövlətlərin ödənişləri gecikdirməsi və ya ümumiyyətlə etməməsi BMT-nin sülhməramlı missiyalarının fəaliyyətinə “birbaşa zərbə vurur”.
Norveçin xarici işlər naziri Espen Barth Eide sentyabr ayında verdiyi açıqlamada bildirib ki, BMT hazırda ciddi böhranla üz-üzədir. Onun sözlərinə görə, təşkilat həm siyasi, həm də maliyyə böhranı yaşayır, dünyada hərbi əməliyyatlar və qarşıdurmalar artıb, BMT Nizamnaməsinin demək olar ki, bütün prinsipləri pozulub.
Diplomat xəbərdarlıq edib ki, vəziyyət bu templə davam edərsə, dünya daha təhlükəli mərhələyə daxil ola bilər.
//Gülnarə Abasova, Editor.az