EN

Xaçmazda dəm qazından boğulan qadın müəllim imiş FOTO YENİLƏNİB

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Avtosfer.az xəbər verir ki, ötən gün saat 23 radələrində Qafarlı Mehriban Sərdər qızı yaşadığı Xaçmaz rayonu, Qıraqlı kəndində yerləşən evinin hamam otağında dəm qazından zəhərlənib.

O, hadisə yerində vəfat edib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Oxu.az-ın məlumatına əsasən, Mehriban Qafarlı Qıraqlı kənd orta məktəbində informatika fənni müəllimi işləyirmiş. O, bu ilin iyununda müəllimlərin sertifikatlaşdırma imtahanında maksimum 60 baldan 51 bal toplayaraq uğurlu nəticə göstərmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
2
avtosfer.az

3Sources