Son bir ildə 18 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 2 agent şəbəkəsi fəaliyyəti göstərir.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən "Baku Fintech Forum 2025" tədbirində bildirib.
O qeyd edib ki, bu il ərzində ümumi lisenziyalı ödəniş təşkilatlarının dövriyyəsi 38,8 milyard manata çatıb:
“Bu, böyük bir rəqəmdir və biz əminik ki, bu rəqəm artacaq və təşkilatların da sayı artacaq”.