EN

Qobu məktəbliləri Sumqayıt sahilini təmizləyiblər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və Qobu qəsəbəsinin Ə.İbrahimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin iştirakı  ilə deputat Nigar Məmmədova tərəfindən Sumqayıt şəhəri sahilyanı ərazisinin təmizlənməsi aksiyası təşkil olunub.
Deputat qeyd edib ki, aksiyanın əsas məqsədi Xəzər dənizinin biomüxtəlifliyinin mühafizəsinə töhfə vermək, ərazilərin məişət tullantılarından təmizlənməsini təmin etmək, ətraf mühitin qorunması və məktəblilər arasında ekoloji şüurun artırılmasıdır.
“Uşaqların böyük həvəslə bu işdə iştirak etməsi göstərdi ki, gələcəyimiz olan gənc nəsil təbiətə biganə deyil. Bu kimi aksiyalar həm ekoloji şüur formalaşdırır, həm də hər bir uşağın ətraf mühitin qorunmasında məsuliyyətli vətəndaş kimi yetişməsinə töhfə verir”, – deyə Nigar Məmmədova vurğulayıb.






Chosen
66
3
yenilik.az

4Sources